
Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.
2020-ci ildə keçirilən rəy sorğusuna əsasən:
- Azərbaycan vətəndaşlarının 44%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı il ilə müqayisədə 17% artmışdır. Əhalinin cəmi 9%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.
- Azərbaycanlıların 30%-i Aİ-nin ölkəsinə etdiyi maliyyə dəstəyindən xəbərdardır, onların 76%-i bu dəstəyin səmərəli olduğunu düşünür.
- Avropa İttifaqı haqqında məlumatlı olan Azərbaycanlıların 69%-i Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür.
- Aİ ən çox etibar edilən xarici qurumdur və respondentlər arasında ona etibar edənlər 41% təşkil edir (2018-ci illə müqayisədə 13% yüksəlmişdir). Avrasiya İqtisadi Birliyinə isə respondentlərin cəmi 26%-i etibar edir.
İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır.
Sorğu 2020-ci ilin fevral və mart ayları arasında (COVID-19 böhranından əvvəl) keçirilmişdir (yerli qaydada) və hər ölkədən 1000 nəfərdən ibarət seçilmiş respondentlərlə üz-üzə müsahibələrə əsaslanır.
2020-ci ildə aparılan ictimai rəy sorğusunun nəticələri və regional icmal ilə burada tanış ola bilərsiniz.
Aİ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.