2020-ci ildən sonrakı dövrdə Şərq Tərəfdaşlığı: Dayanıqlığın gücləndirilməsi - bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı

19-03-2020
2020-ci ildən sonrakı dövrdə Şərq Tərəfdaşlığı: Dayanıqlığın gücləndirilməsi - bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı
2020-ci ildən sonrakı dövrdə Şərq Tərəfdaşlığı: Dayanıqlığın gücləndirilməsi -…

2009-cu ildə birgə siyasi təşəbbüs kimi icra olunmağa başlayan Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü, Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında əlaqələri dərinləşdirməyə və gücləndirməyə yönəlmişdir.

2019-cu ildə tərəfdaşlığın 10 illiyi münasibətilə Avropa İttifaqı gələcək siyasət məqsədlərini müəyyənləşdirmək üçün geniş və əhatəli məsləhətləşmələr keçirmişdir. Ümumilikdə Şərq Tərəfdaşlığının etibarlı olması və regionda yaşayan vətəndaşların gündəlik həyatına gözəçarpan dərəcədə faydalar verməsinə dair konsensus mövcuddur.

2020-ci ildən sonra Aİ, ona üzv dövlətlər və tərəfdaş ölkələr siyasətə dair beş məqsəd vasitəsilə başlıca siyasət bazası olaraq dayanıqlığın gücləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

  • YARADAN tərəfdaşlıq
  • QORUYAN tərəfdaşlıq
  • YAŞILLAŞDIRAN tərəfdaşlıq
  • ƏLAQƏLƏNDİRƏN tərəfdaşlıq
  • SƏLAHİYYƏTLƏNDİRƏN tərəfdaşlıq