Aİ Azərbaycan ilə tərəfdaşlığını əks etdirən yeni internet səhifəsi istifadəyə verir və KİV-lər arasında müsabiqə elan edir

17-02-2021
Photo: European Union
Photo: European Union

Avropa İttifaqı yeni internet səhifəsini – http://www.eu4azerbaijan.eu/ istifadəyə verib. Bu səhifədə Aİ-nin maliyyə dəstəyi ilə Azərbaycanda hal-hazırda icra olunan 131 layihə haqqında ətraflı məlumat veriləcək. 

Layihələr haqqında geniş məlumat daxil olmaqla sözügedən internet səhifəsində Aİ tərəfindən dəstəklənən fəaliyyətlərin bu ölkədə təsirini nümayiş etdirən interaktiv xəritə də təqdim olunacaq.

“EU4AZERBAIJAN.EU internet səhifəsi tərəfdaşlıq dünyasına qapı açır. Orada insanlara kömək etmək məqsədilə həyata keçirilmiş və hal-hazırda davam edən çoxlu sayda layihələr şəkillər, rəqəmlər və məlumatlar şəklində təqdim olunur. Baş çəkin, tədqiq edin, faydalanın və rəylərinizi bölüşün! Gəlin Azərbaycan, daha yaxşı gələcək naminə əməkdaşlıq edək!”, - deyə Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.

Səhifədə layihələrin gedişatı haqqında müntəzəm xəbərlər, eləcə də həm Azərbaycan, həm də İngilis dillərində Aİ-nin dəstəyi ilə keçiriləcək tədbirlər və iştirak imkanlarının siyahısı yerləşdiriləcək.

Yeni internet səhifəsinin istifadəyə verilməsi ilə yanaşı, Aİ həmçinin Aİ-Azərbaycan əlaqələri, Avropa İttifaqının dəstəyi və onun Azərbaycanlıların gündəlik həyatına təsiri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə Azərbaycanın çap, televiziya, radio və internet media qurumları arasında Aİ və Azərbaycan arasında əməkdaşlıq mövzusunda müsabiqə elan edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama 

eu4azerbaijan.eu

Jurnalistlər üçün müsabiqə