Gürcüstandakı Şərq Tərəfdaşlığı Avropa Məktəbi

28-08-2019
Gürcüstandakı Şərq Tərəfdaşlığı Avropa Məktəbi
1. Adi məktəblə Şərq Tərəfdaşlığı Avropa Məktəbi arasında hansı fərqlər var?

İki əsas fərq mövcuddur. Tədris proqramı Aİ, onun rəsmi qurumlarının fəaliyyəti, mədəniyyəti, dəyərləri, beynəlxalq və daxili siyasətini aşılamağa yönəlmişdir.

EaP school

İki illik "Beynəlxalq bakalavr" (IB) proqramına humanitar elmlər, Avropa dilləri və ədəbiyyatı, incəsənəti və tarixini əhatə edən tədris kursları daxildir. Dərslərdən başqa, şagirdlər Aİ ilə əlaqədar müxtəlif konfrans və tədbirlərə qatılacaqlar. "Beynəlxalq bakalavr" proqramı etik qaydalar, məntiq, kritik və müstəqil düşüncənin inkişafına yönəlmiş xüsusi tədris metodudur.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi müxtəlif mədəniyyətlərə mənsub tələbələr üçün çoxmillətli mühitdə təkrarolunmaz təhsil təcrübəsi verir.

Ümumilikdə, Şərq Tərəfdaşlığı Avropa Məktəbi şagirdləri müasir və qlobal dünyanın çətinliklərinə hazırlayan təhsil almaq, eləcə də beynəlxalq miqyasda tanınan diplom əldə etmək üçün mükəmməl imkandır.

2. Mən də Gürcüstanda yerləşən Şərq Tərəfdaşlığı Avropa Məktəbində təhsil ala bilərəmmi?

Bəli, əgər 16-17 yaşlarındasansa və Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ölkələrindən birinin vətəndaşı və bu ölkələrdən birində daimi yaşayırsansa. Məktəbdə yerlər məhduddur. Hər il cəmi 35 şagird təhsil ala bilər. Bu səbəbdən də məktəbə qəbul müsabiqə yolu ilə keçirilir.  

İştirakçılara tələblər arasında altı ölkədən birində orta məktəbdə yaxşı qiymətlərlə oxumaq yer alıb. İştirakçılar Belarus və Gürcüstanda hər bir fənn üzrə azı 10, digər ölkələrdə isə 9-10 qiymətlərlə oxumalıdırlar. Eyni zamanda, onlar B2 və daha yüksək səviyyədə İngilis dili biliyinə malik olmalıdırlar.

2020-ci ilin yanvar ayında 2020-2021-ci tədris illəri üzrə növbəti seçim turuna başlanılacaq.

3. Ərizə forması ilə necə müraciət edə bilərəm?

Ərizə forması ilə müraciət prosesi 3 mərhələdən ibarətdir:

  1. Ərizələrin qəbulu məktəbin internet səhifəsində həyata keçirilir (www.eapeuropeanschool.eu)  
  2. Seçilmiş namizədlər Riyaziyyat və İngilis dili üzrə iki yazılı imtahana dəvət olunacaqlar. Namizədlər bu imtahanları öz ölkələrində verəcəklər.
  3. Yazılı imtahanların nəticəsinə əsasən seçilmiş namizədlər Skype vasitəsilə müsahibədən keçməlidirlər.

Namizədlər, obyektiv və şəffaf qiymətləndirmə üsullarından istifadə edən ixtisaslaşmış komissiya tərəfindən seçilir. Müsahibə əsnasında qəbul komissiyası iştirakçıların motivasiya səviyyəsinə, digər mədəniyyətlərə açıq olmalarına və Avropaşünaslıq mövzusuna maraq göstərmələrinə diqqət yetirəcək. Ərizə ilə müraciət tam ödənişsizdir.

4. Məktəbdə təhsil ödənişlidir?

Xeyr. Seçildiyiniz təqdirdə, Avropa İttifaqı tərəfindən ödənilən tam təqaüdlə təmin olunacaqsınız. Həmin təqaüd təhsil haqqını, yaşayış, məktəbdə qidalanma, ildə dörd dəfə tətil vaxtı Tbilisi evə və geri bilet pulunu, təhsil üçün zəruri olan bütün tədris materiallarını və resurslarını (təhsil müddətində kitablar, kompüter və smartfon daxil olmaqla), o cümlədən tibbi sığortanı əhatə edir. Beləcə, Şərq Tərafdaşlığı məktəbinə şeçilsəniz, tam iki il ödənişsiz təhsil ala biləcəksiniz.

5. "Beynəlxalq bakalavr" (İB) diplomunun üstünlükləri nədir?

Xaricdə oxumaq istəyirsinizsə, "Beynəlxalq bakalavr" proqramının bir çox üstünlükləri var. Bu diplom 75 ölkədə iki mindən artıq universitet tərəfindən tanınır. Hər bir universitetdə diplomların tanınması qaydaları  müxtəlifdir. Bəzi universitetlər bu diploma sahib tələbələri qəbul etməkdə olduca maraqlıdırlar. Onlardan bəziləri qəbul zamanı İB diplomunun ballarını nəzərə alır, bəziləri isə "Beynəlxalq bakalavr" tələbələrinə xüsusi təqaüdlər verirlər.

6. "Beynəlxalq bakalavr" diplomu ölkəmdəki universitetlər tərəfindən tanınacaq?

Bu diplomlar Gürcüstanın bütün universitetləri tərəfindən tanınır və qəbul edilir. "Beynəlxalq bakalavr" proqramı üzrə təhsil verən məktəblər Azərbaycanda və Ukraynada da akkreditasiyadan keçmişdir. Şərq Tərəfdaşlığı ölkələrində bir sıra universitetlər "Beynəlxalq bakalavr" diplomuna sahib olan tələbələri qəbul edir. İstənilən halda təqaüd proqramı üzrə təhsilini sona çatdıran bütün tələbələr orta təhsil haqqında ölkə attestatını almaq üçün müvafiq dövlət qurumlarına müraciət edə bilərlər.

7. Məktəb haqqında daha ətraflı məlumatı haradan ala bilərəm?

Bunun üçün http://www.eapeuropeanschool.eu internet səhifəsinə daxil ola bilərsiniz. Orada təhsil proqramı haqqında daha ətraflı məlumat və məktəbə qəbul qaydalarını tapa biləcəksiniz. Təqaüd proqramı, "Beynəlxalq bakalavr" proqramı və məktəbdə gündəlik həyat tərzi haqqında suallara cavabları görmək üçün təqaüd proqramına dair tez-tez soruşulan sualların siyahısına baxın. www.ibo.org internet səhifəsində İB diplomlu abituryentləri qəbul edən universitetlər haqqında məlumat tapa bilərsiniz. Belarusdan olan Yeva və Moldovadan olan Konstantin təcrübələrini və təəssüratlarını bölüşdükləri video çarxa da nəzər salın. 2020-ci ilin yanvarında bu məktəbdə təhsil almaq üçün yeni ərizə qəbulunu qaçırmamaq üçün http://www.euneighbours.eu səhifəsində xəbərləri izləyin!